Qızılca uşaqlara necə təsir göstərir?

Qızılca uşaqlara necə təsir göstərir?
05.12.2023 20:03
Aa
dəq

Azərbaycanda son günlər 1-6 yaş uşaqlar arasında qızılcaya yoluxmada artım müşahidə edilir. Təbii ki, bu artım təkcə Azərbaycanda deyil, Avropanın bir çox regionlarında da müşahidə edilir və bu da gözlənilən hal idi. Səbəb isə pandemiya zamanında vurulmayan peyvəndlərlə əlaqədardır. Bu peyvəndlənmənin vurulmaması isə pandemiyada qapanmalarla əlaqədar olduğunu düşünürük. Çünki qısaqapanmalar nəticəsində peyvəndlərin vurulması əlçatan deyildi.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında pediatr Aytən Ziyadova bildirib.

Uşaqlarda qızılca xəstəliyinin təhlükəsi ondan ibarətdir ki, uşaqlarda ağırlaşma riski çox yüksəkdir. Belə ki, əsasən qızılca yoluxucu xəstəliyi beyin toxumalarına ağırlaşmaları ilə özünü göstərir. Ensefalit, panensefalit və ya ağciyərlərin ikitərəfli pnevmoniyası, orta qulaq iltihabı, bağırsaqlarda iltihablaşma kimi ağırlaşmalarla özünü göstərə bilər. Bu da öz növbəsində həyati təhlükə yaradacaq durumlardandır. 

Kliniki əlamətlərində qızılcanın fərqli diaqnostikası ondan ibarətdir ki, ağız içərisində qırmızı səthə duz dənəciklərinin səpilmiş şəkildə görüntü verməsidir. Gözlərin işığa qarşı həssaslığı və s. Bu kimi diaqnostik kriterler olarsa və qırmızı səpgilər alın nahiyəsindən başlayaraq hərarət  düşməyə başlayarsa bu valideyinlərin diqqətini çəkməlidir. 

Pediatr bildirib ki, peyvənd 6 yaşa kimi bütün uşaqlarda mütləq məsləhət görülür, 1-6 yaş dozası isə mütləqdir. Hər iki dozanı alan uşaqlarda qoruyuculuq yüksək olur. Qızılca peyvəndi PM1 və PM2 şəklində olur. Təkcə qızılca xəstəliyinə görə deyil, həmçinin də protit və məxmərəyə qarşı qoruyuculuğu təmin edir. Bəzən valideynlər düşünür ki, qızılca xəstəliyini övladım körpə vaxtı keçiribsə, qızılca peyvəndi etmək gərəklidirmi? Bəli, bu dediyimiz kimi təkcə qızılca xəstəliyindən qorumur, eyni zamanda parotik və məxmərək xəstəliyindən qoruduğu üçün mütləq şəkildə vacibdir.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu