"Qalatasaray"ın hücumçusu Vilfrid Zaha İngiltərəyə qayıda bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, "Kristal Pelas" 31 yaşlı futbolçunu geri qaytarmaq istəyir.
Zaha 2023-cü ildə Türkiyə klubuna keçib.
2023/24 mövsümündə Zaha bütün turnirlərdə 42 oyun keçirib, 10 qol vurub və 5 asist edib.