Türkiyə çempionatının 12-ci turunun “Qalatasaray” – “Samsunspor” matçı başqa stadiona keçirilib. Qarşılaşma İstanbul klubunun ev oyunlarını keçirdiyi “Rams Park” əvəzinə “Başakşehir Fatih Terim” stadionunda baş tutacaq.
“Qalatasaray”ın açıqlamasına görə, stadionun ot örtüyünün vəziyyətinin yaxşılaşdırılması və ona qulluq edilməsi üçün işlər aparılır. Klub matçın yerinin dəyişdirilməsi barədə qərarın bu işlərə daha çox vaxt ayırmaq məqsədi daşıdığını bildirib.
“Bu qərar stadionumuzun ot örtüyünə qulluq və onun vəziyyətinin yaxşılaşdırılması işlərinin aparılması üçün daha çox vaxt vermək məqsədilə qəbul edilib”, – klubun mətbuat xidmətinin məlumatında deyilir.
İstanbul təmsilçisi qarşılaşmanın öz stadionunda keçirilməsinə yardım göstərdiyinə görə “İstanbul Başakşehir” rəhbərliyinə təşəkkür edib. “Qalatasaray”da rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov da çıxış edir.
“Qalatasaray” – “Samsunspor” matçı noyabrın 21-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.