"Aİ-nin xarici işlər nazirləri Qəzzada atəşkəsdən sonra İsrailə qarşı Aİ səviyyəsində müzakirə olunan sanksiya təkliflərinin aqibətini müzakirə edəcəklər".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
Nazirlərin gündəliyində əsas yerin Ukraynadakı son vəziyyətə ayrıldığını bildirən Kallas, Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Aİ ölkəsi olan Macarıstanın paytaxtı Budapeştə gələcəyinin xatırladılması üzərinə belə deyib:
“Putinlə görüşəcək şəxs kimi mən Ukrayna Prezidenti Volodimir Zelenskinin də olmasını istərdim”, - o qeyd edib.
Görüşdən çıxacaq nəticənin daha önəmli olduğunu vurğulayan Kallas, Trampın da Aİ kimi Putinə təzyiq göstərməsini ümid etdiyini bildirib.