Rusiya Prezidenti Vladimir Putin hücum etməmək təklifi ilə Şimali Atlantika Alyansını (NATO) çaşdırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədəÇinin “Baijiahao” portalı məlumat yayıb.
Məqalədə bildirilir ki, Rusiya lideri gözlənilmədən “qarşılıqlı təcavüz etməmək” diplomatik kartından istifadə edərək NATO-nu çətin seçim qarşısında qoyub. Müəlliflərin fikrincə, belə bir razılaşmanın hüquqi baxımdan möhkəmləndirilməsi hərbi blokun mövcud təməllərini sarsıda bilər, ondan imtina isə NATO-nun “Rusiya təhlükəsi” tezisini qorumaqda maraqlı olduğunu açıq şəkildə nümayiş etdirər.
Yazıda vurğulanır ki, Moskva bu təklifi irəli sürdükdən sonra NATO-nun qərargahından hər hansı rəsmi reaksiya verilməyib.
“Baijiahao” qeyd edir ki, əgər Şimali Atlantika Alyansı bu cür müqaviləni bağlamağa razılaşsa, iddia edilən “Rusiya təcavüzü” anlayışı yenidən qiymətləndiriləcək.
Məqalə müəlliflərinin qənaətinə görə, bu halda NATO-nun şərqə doğru daha da genişlənməsi və müdafiə xərclərinin artırılmasının zəruriliyi ciddi sual altına düşə bilər.