“Rusiya Ukraynadakı vəziyyətin siyasi və diplomatik yolla nizamlanması üçün hələ də açıqdır”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
Onun sözlərinə görə, Rusiyaya qarşı yönəlmiş ultimatumlar göstərir ki, onun opponentləri Ukrayna ətrafında vəziyyətdən çıxış yolu tapmaqda maraqlı deyillər.