Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə video-əlaqə rejimində müşavirə keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Kremlin saytı yayıb.
Bildirilib ki, müşavirədə ölkənin təhlükəsizliyinin təmin edilməsi əsasında texnoloji suverenliyə nail olmaq məsələsi müzakirə edilib.
***
Rusiya Prezidenti Vladimir Putin Novo-Oqaryevoda Təhlükəsizlik Şurasının daimi üzləri ilə dekabrın 1-də görüş keçirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" Rusiya Kİv-inə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov bildirib.
O, Vladimir Putinin Oqaryevoda fəaliyyətini davam etdirdiyini də qeyd edib: “Günorta saatlarında o, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə məsləhətləşmələr aparmaq niyyətindədir”.
D. Peskov daxili məsləhətləşmənin qapalı keçəcəyini də vurğulayıb.