Operativ Məlumat Mərkəzi

Putin seçkilərdə elektron səsverməni şəffaf və tamamilə obyektiv adlandırıb

1 dəq
Paylaş:
Putin seçkilərdə elektron səsverməni şəffaf və tamamilə obyektiv adlandırıb
bunu Rusiya prezidenti Vladimir Putin seçkiqabağı qərargahında deyib. "Bir neçə il əvvəl, məsələn, prezident administrasiyasının bəzi əməkdaşları...

Seçkilərdə elektron səsvermə şəffaf və müasir şəkildə həyata keçirildi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin seçkiqabağı qərargahında deyib.

"Bir neçə il əvvəl, məsələn, prezident administrasiyasının bəzi əməkdaşları arasında şübhələr var idi. Bəziləri elektron səsvermənin imkanlarının genişləndirilməsinin zəruriliyindən danışırdı. Kimlərsə müxtəlif səbəblərdən bunun əleyhinə idi".

Rusiya lideri vurğulayıb ki, Rusiya Federasiyası elektron səsvermə sahəsində toplanmış təcrübəsini bölüşməyə hazırdır.

"Biz seçki kampaniyaları zamanı demokratik prosedurlar sistemimizi təkmilləşdiririk. Və təbii ki, biz təcrübəni istəyən və gördüyümüz işlərə mehriban yanaşan hər kəslə bölüşməyə şad və hazır olacağıq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər