“Rusiya öz gələcəyi və müstəqilliyi uğrunda mübarizə aparır”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Vladimir Putin Kremlin sarayında Rusiya Qəhrəmanlarına dövlət mükafatlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.
Rusiya Prezidenti qeyd edib ki, xüsusi hərbi əməliyyat zonasındakı qoşunlar əlaqələndirilmiş və səmərəli şəkildə hərəkət edir, ölkələrinin müdafiəsində möhkəm dayanırlar.
Putin əlavə edib ki, xüsusi hərbi əməliyyat qəhrəmanlarının səriştəli və cəsarətli hərəkətləri ən gərgin sektor və istiqamətlərdə hücum əməliyyatlarının planlaşdırılmasına və uğurla həyata keçirilməsinə imkan yaradıb.