Operativ Məlumat Mərkəzi

Putin Qrenlandiyanın mümkün qiymətini açıqladı

2 dəq
Paylaş:
Putin Qrenlandiyanın mümkün qiymətini açıqladı

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin tarixdə Alyaskanı satın alması nümunəsini xatırladaraq Qrenlandiyanın mümkün qiyməti ilə bağlı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, müqayisə aparılarsa, Qrenlandiyanın dəyəri təxminən 200–250 milyon ABŞ dolları aralığında qiymətləndirilə bilər.

Putin qeyd edib ki, ABŞ-nin Alyaskanı satın aldığı dövrdə məbləğ nəzərə alındıqda, analoji hesablamalar Qrenlandiyanın da oxşar maliyyə çərçivəsində dəyərləndirilməsinə əsas verir. Prezidentin fikrincə, bu yanaşma tarixi presedentlərə söykənən təxmini hesablamadır.

Kreml tərəfindən yayılan rəsmi məlumata əsasən, Vladimir Putin Rusiya Şurasının daimi üzvləri ilə onlayn formatda iclas keçirib. Görüşdə gündəmdə duran əsas mövzular müzakirə olunub.

İclas zamanı Rusiya Prezidenti ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı irəli sürdüyü sülh təşəbbüsü çərçivəsində yaradılan Sülh Şurasına dəvət aldığını da açıqlayıb. Putin bu dəvəti müsbət qiymətləndirərək bildirib ki, Rusiya beynəlxalq sabitliyin gücləndirilməsinə yönəlmiş təşəbbüsləri daim dəstəkləyib və bundan sonra da dəstəkləmək niyyətindədir.

Onun sözlərinə görə, qlobal təhlükəsizlik və sabitliklə bağlı istənilən dialoq və təşəbbüsü beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax