Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq məktubunun yazılı variantı təqdim olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
Onun sözlərinə görə, kütləvi informasiya vasitələrində yayılan məktub prezidentə çatdırılıb və Putin onun məzmunu ilə tanış olub.
Peskov bildirib ki, Zelenskinin açıq məktub mövzusu Rusiya prezidentinin çıxış edəcəyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında qaldırılacaq.
Kremlin sözçüsü Putinin reaksiyasını şərh etməkdən imtina edib.
Xatırladaq ki, iyunun 4-də Ukrayna Prezidenti Putinə ünvanladığı açıq məktubda müharibənin Rusiya üçün daha ağır nəticələr doğura biləcəyini bildirib və döyüşlərin dayandırılması məqsədilə onunla şəxsi görüş keçirməyə çağırıb.