Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Putin və Si Cinpin həssas məsələləri çay süfrəsində müzakirə edib

1 dəq
Paylaş:
Putin və Si Cinpin həssas məsələləri çay süfrəsində müzakirə edib

Prezidentinin katibi Çin lideri Si Cinpinlə Vladimir Putin arasında keçirilən çay süfrələrinin mühüm müzakirələr üçün istifadə olunduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Si Cinpin digər dünya liderləri ilə də oxşar görüşlər keçirir, lakin bu format Putinlə görüşlərin ayrılmaz hissəsinə çevrilib.

“Bununla bağlı eksklüziv bir şey yoxdur, amma bu, Putin və Si Cinpinin görüşlərinin məcburi atributudur. Onlar bundan ən həssas məsələləri müzakirə etmək üçün istifadə edirlər”, - deyə Peskov bildirib.

Mətbuat katibi qeyd edib ki, oxşar ünsiyyət formatı digər liderlərlə də tətbiq olunur.

Trampla da belə görüş olub. Bu, digər liderlərlə də baş verir”, - deyə o əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax