Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Sülh danışıqlarında əsas tərəflər Rusiya və Ukraynadır" - Putin

2 dəq
Paylaş:
"Sülh danışıqlarında əsas tərəflər Rusiya və Ukraynadır" - Putin

Prezidenti münaqişəsinin sülh yolu ilə həlli üçün real imkanların mövcud olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Putin Şərq İqtisadi Forumunun (VƏF) plenar iclasında zamanı danışıb.

Rusiya liderinin sözlərinə görə, sülhün əldə olunması üçün əsas şərt tərəflərin birbaşa razılığa gəlməsidir. O qeyd edib ki, digər ölkələr yalnız dəstək və yardım göstərə bilərlər, lakin problemin həlli birbaşa münaqişəyə cəlb olunmuş Rusiya və Ukraynanın üzərinə düşür.

Putin Ukraynanın müttəfiqi olan və bu məsələdə susmağa üstünlük verən bəzi Qərb ölkələrini terrorizmdə iştirakçılıqda ittiham edib.

Rusiya prezidenti ABŞ ilə münasibətlərin bərpasında maraqlı olduqlarını da bildirib. Onun sözlərinə görə, bu, Vaşinqtonun atacağı addımlardan asılıdır.

Putin hazırda ABŞ administrasiyası ilə təmasların davam etdiyini və ABŞ Prezidenti Donald Trampın konstruktiv əməkdaşlığa kökləndiyini qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə