Azərbaycanda yanvarın 22-də hava şəraitinin əsasən yağmursuz olacağı proqnozlaşdırılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi vaxtlar tutulsa da, əsasən yağıntısız keçəcəyi gözlənilir. Bölgədə cənub-qərb küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə saatlarında 0–3 dərəcə şaxta, gündüz isə 5–8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqinin 770 mm civə sütunundan 763 mm civə sütununa enəcəyi bildirilir. Nisbi rütubət gecə 80–85 faiz, gündüz saatlarında isə 55–65 faiz səviyyəsində olacaq. Gecə və səhər saatlarında yollarda buzlanma ehtimalı var.
Ölkənin rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı ərazilərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3–7 dərəcə şaxta, gündüz 4–7 dərəcə isti olacaq. Dağlıq bölgələrdə gecə 5–10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 17–22 dərəcə şaxta, gündüz saatlarında 2–6 dərəcə şaxta qeydə alınacaq.
Sinoptiklər ölkə üzrə gecə və səhər saatlarında yolların buz bağlayacağı ilə bağlı sürücülərə diqqətli olmağı tövsiyə edirlər.