"Priqojinin ölümü Qərb kəşfiyyatının planlarından biri ola bilər" - Ekspert

"Priqojinin ölümü Qərb kəşfiyyatının planlarından biri ola bilər" - Ekspert
24.08.2023 16:34
Aa
dəq

“Yevgeni Priqojinin öldürülməsi əslində bir ssenari ola bilər. Çünki daha əvvəl “Vaqner" üsyanı adlı məsələnin Rusiyanın özünün siyasi gedişlərindən biri olmağı ilə bağlı çox ciddi suallar var idi”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov bildirib.

Ekspert qeyd edib ki, burada bir neçə ssenari var.

“Birinci ssenari odur ki, həqiqətən Priqojin mərkəzi komandanlığını heçə saydığı kimi, Ali-siyasi rəhbərliyi də heçə saymağa başlayıb və bu, Kremilin yüksək hərbi-siyasi dairələrində ciddi narazılıqlar yaradır. O, həqiqətən öldürülüb. İkinci versiya ondan ibarətdir ki, Priqojin ümumiyətlə öldürülməyib. Sadəcə olaraq “Vaqner”lə bağlı yeni bir plan hazırlanır və onun ölmüş görüntüsü yaradıla bilər. Daha sonra ola bilsin ortaya çıxa bilər və ya ümumiyətlə heç ortaya çıxmaya bilər. Bu gün “Vaqner”in Polşa sərhədində görünməsi Qərb kəşfiyyatını çox ciddi şəkildə narahat edirdi və məsələnin üçüncü versiyasıda Qərb kəşfiyyatının da Priqojinə qarşı sui-qəsd təşkil etmə planı da ola bilər”.

Tural İsmayılov bildirib ki, hər üç versiya inandırıcı görünür.

“İstənilən halda Rusiyanın “Vaqner”lə bağlı çox ciddi planları var. Faktiki olaraq Şoyqu – Gerasimov cütlüyü ilə Priqojin, Rusiya Silahlı Qüvvələri ilə “Vaqner” arasında ciddi qarşıdurma var. Kremiln bu məsələni necə həll edəcəyi ciddi şəkildə bütün dünya hərbi siyasi gündəmini düşündürür”.

Sevil Qəmbərli

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu