Endryu Mauntbatten-Vindzor, III Çarlzın qardaşı, at sürməkdən məhrum edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Sun" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, fevralın 19-da keçmiş şahzadə Endryu Ceffri Epşteyn ilə əlaqədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək həbs edilib. O, 12 saatlıq həbsdən sonra sərbəst buraxılıb.
Həbsdən sonra polis Endryunun Norfolkdakı “Wood Farm House” və həmçinin Berkşirdəki “Royal Lodge” evlərinə basqın edib.
Qəzet mənbəyə istinadən bildirir ki, "o, ötən həftə həbs olunduğundan bəri at sürməkdən məhrum edilib".
Epşteynlə əlaqələrinə görə Endryu şahzadə və hersoqluq titullarından məhrum edilib.