Əsas məzmuna keç

Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı

Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı

İlham Əliyev və Məsud Pezeşkianın razılığı ilə 82 tonluq ərzaq, dərman və Novruz sovqatı dolu 5 TIR yola düşdü. Dəstək karvanının tərkibi və mühüm detallar burada.

en ru

Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti yola salınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, yardım prezidentlər İlham və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.

Göndərilən budəfəki humanitar yardımın ümumi həcmi 82 ton təşkil edir. Yardıma 76 ton və qida məhsulları, 4 ton dərman vasitələri, həmçinin 2 ton tibbi ləvazimatlar daxildir.

Humanitar yük 5 yük avtomobili (TIR) vasitəsilə yola salınıb.

Eyni zamanda, Novruz bayramı ərəfəsi nəzərə alınaraq, yardım karvanına bayram sovqatı və müxtəlif Novruz məhsulları da əlavə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər.

Təqvim

  1. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 40 gün qalıb
  2. Yeni il bayramı 1–2 yanvar · 41 gün qalıb
  3. Ümumxalq Hüzn Günü 20 yanvar · 60 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…