Əsas məzmuna keç

Ceyhun Bayramov İranın dron hücumlarını həmkarı ilə müzakirə etdi

Ceyhun Bayramov İranın dron hücumlarını həmkarı ilə müzakirə etdi

XİN rəhbəri Rəşid Meredovla telefon danışığında Naxçıvana PUA zərbələrini pisləyib. Bakı Tehrandan təcili izahat tələb edir. Gərginliyin detalları xəbərimizdə.

en ru

Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, naziri Rəşid Meredov xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

zamanı əsas müzakirə mövzusu Naxçıvana İran tərəfindən edilən dron hücumları və bundan irəli gələn məsələlər olub.

Nazir qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Vurğulanıb ki, bu addım regionda gərginliyin artmasına xidmət edir. Hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində verilməsinin tələb olunduğu diqqətə çatdırılıb.

Türkmənistan naziri mövcud vəziyyətin narahatlıq doğurduğunu qeyd edib. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…