Prezidentin Qarabağ Universitetindəki çıxışı gənclərə mayak olacaq - AÇIQLAMA

Prezidentin Qarabağ Universitetindəki çıxışı gənclərə mayak olacaq - AÇIQLAMA
23.09.2024 21:41
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

Bəs Qarabağ Universitetinin açılmasın necə qiymətləndirməliyik? Prezidentin etdiyi çıxışlar gənclərə nə vəd edir?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Tural İsmayılov deyir ki, artıq Xankəndidə tədris sistemi bərpa olunub və bu çox qürurverici, tarixi hadisədir. 

“Prezidentin Xankəndiyə səfəri, onun açılışda iştirak etməsi, gənclərlə bağlı verdiyi açıqlamalar böyük əhəmiyyətə malikdir. Xankəndidə prezidentin etdiyi çıxışlar, vətənpərvərliyə çağırışla bağlı çağırışları hər bir gəncə mayak olacaq. İlham Əliyev Xankəndidə etdiyi çıxışlarda çox vacib nüanslara toxundu. Aktiv şəkildə Ermənistanı silahlandıran, Azərbaycanın ərazi bütövlüyünü mübahisələndirən, həmçinin ölkəmiz ilə bağlı qəbuledilməz fikirlər və açıqlamalar səsləndirən qüvvələrə qarşı da Prezidentin etdiyi çıxışların çox böyük əhəmiyyəti var”. 

T.İsmayılov deyir ki, Qarabağ universitetinin açılması çox böyük tarixi hadisədir. Xankəndi 30 il ərzində erməni separatçıları və onların dəstəkçiləri tərəfindən işğal altında olub. Bu gün işğaldan azad edilmiş, Azərbaycanın ən gözəl şəhərlərindən olan Xankəndidə “Qarabağ” universitetinin fəaliyyətə başlaması, müxtəlif bölgələrdən olan tələbələrimizin məhz təhsil üçün Qarabağ Universitetini seçməsi, tarixi əhəmiyyətə malik olan hadisədir. Bu universitetin açılması həm təhsilin, həm də ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət daşıyır.

Mədinə

Həftənin ən çox oxunanları

“Ohanyan səddi” cəmi bir neçə saata məhv edildi - 44 Günlük Vətən Müharibəsi

“Ohanyan səddi” cəmi bir neçə saata məhv edildi - 44 Günlük Vətən Müharibəsi
DAVAMIN OXU davamın oxu

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu