Əsas məzmuna keç

Prezidentin köməkçisi: Azərbaycan qonşu ölkələrlə mehriban qonşuluq münasibətləri qurur

Prezidentin köməkçisi: Azərbaycan qonşu ölkələrlə mehriban qonşuluq münasibətləri qurur

Hikmət Hacıyev regionda sabitliyin bərqərar olunması istiqamətində atılan addımları və dövlətimizin xarici siyasət prioritetlərini açıqlayıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf etməkdə davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bəyan edib.

Onun sözlərinə görə, İrana qarşı sanksiyalar iqtisadi və işgüzar nöqteyi-nəzərdən Azərbaycan üçün ciddi çətinliklər yaradır, təkcə İrana deyil, həm də Azərbaycana və digər qonşu ölkələrə mənfi təsir göstərir.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan xarici siyasətdə suverenlik, müstəqillik və strateji muxtariyyət prinsiplərini rəhbər tutur.

"Bizim üçün bu, strateji aktivdir və biz müstəqilliyin əldə edilməsi və suverenliyin qorunub saxlanması üçün böyük bədəl ödəmişik", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın digər dövlətlərlə münasibətləri şəffaflıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulur.

"Prinsiplər prinsip olaraq qalır. Biz beynəlxalq hüququn aşınmasını görürük, lakin buna baxmayaraq, Azərbaycan dövlətlərarası münasibətlərdə öz prinsiplərinə və yanaşmalarına sadiq qalmağa davam edir", - prezidentin köməkçisi bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanın xarici siyasəti inklüziv xarakter daşıyır.

"Bir tərəflə münasibətlərimizin olması o demək deyil ki, biz digərinə qarşı çıxmalıyıq. Məhz buna görə də Azərbaycan İsraillə yaxşı münasibətlərə malikdir. Bununla belə, biz öz prinsiplərimizdən imtina etmirik", - Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.

"Azərbaycanın mövqeyi israilli dostlarımıza da məlumdur", - prezidentin köməkçisi əlavə edib.

H.Hacıyev həmçinin vurğulayıb ki, Azərbaycan mehriban qonşuluq və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərindən çıxış edir.

"Azərbaycanın suveren ərazisindən başqa bir dövlətə qarşı hər hansı bir fəaliyyətin həyata keçiriləcəyi bir vəziyyət ola bilməz", - o bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…