Operativ Məlumat Mərkəzi

İlham Əliyev Tacikistan Prezidentinə başsağlığı verib

1 dəq
Paylaş:
İlham Əliyev Tacikistan Prezidentinə başsağlığı verib
başsağlığı məktubunda deyilir: “Hörmətli Emoməli Şərifoviç, Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı...

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Bu xəbəri paylaş

Oxşar xəbərlər