Macarıstan prezidenti Tamaş Szujok baş nazir Peter Magyarın mayın 31-dək istefaya getməsi ilə bağlı ultimatumunu rədd edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O bildirib ki, hazırda onu istefa verməyə məcbur edə biləcək heç bir hüquqi və ya konstitusiya əsası yoxdur.
Tamaş Szujok prezidentlik müddətinin sonuna qədər vəzifəsini icra edəcəyini qeyd edib:
"Mən əsas qanuna və konstitusiya quruluşuna sadiq qalacağıma and içmişəm. Bu, məni yalnız siyasi çoxluq və ya azlıqla deyil, bütün millətlə bağlayır".
O qeyd edib ki, prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş sosial və siyasi niyyətlər var, lakin onun istefası üçün konstitusiya əsasları yoxdur.
Daha əvvəl Magyar prezidenti 31 maya qədər könüllü istefa verməyə çağırmışdı .