Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər edəcək

2 dəq
Paylaş:
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər edəcək

ABŞ Prezidenti iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, Trampın səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.

Bildirilir ki, Ankarada keçiriləcək yüksək səviyyəli görüşlərdə Türkiyə ilə ABŞ arasında münasibətlərinin müxtəlif istiqamətləri müzakirə olunacaq.

Qeyd olunur ki, danışıqlar zamanı müdafiə sənayesi və sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi əsas gündəm mövzuları olacaq.

Məlumata əsasən, tərəflər regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.

Bildirilir ki, səfər iki müttəfiq ölkə arasında siyasi dialoqun və strateji əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax