Əsas məzmuna keç

Prezident Münxendə görüş keçirdi

Prezident Münxendə görüş keçirdi

İlham Əliyev "Oracle" rəhbəri Mayk Sisiliya ilə süni intellekt və transformasiya üzrə yeni tərəfdaşlıq imkanlarını müzakirə edib. Görüşün mühüm detalları:

en ru

Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-ın “Oracle” korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, söhbət zamanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə texnoloji transformasiya və sahələrinin inkişafı üzrə həyata keçirilən siyasətə toxunuldu, bu xüsusda “Oracle” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu bildirildi və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə razılaşmasının əldə edildiyi vurğulandı.

“Oracle” şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycanın müxtəlif aparıcı müəssisələrində üç “Oracle” akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edildi, bu xüsusda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Həmin sənəddə də ölkələrimiz arasında süni intellekt sahəsinin prioritet istiqamət kimi əks olunduğu vurğulandı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…