Əsas məzmuna keç

Prezident kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb

Prezident kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb

dövlətimizin başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın...

Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi-Şuşa yolunun inşası üçün əraziyə baxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlətimizin başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında mühüm rol oynayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…