Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Şahbaz Şərifi təbrik edib

3 dəq
Paylaş:
İlham Əliyev Şahbaz Şərifi təbrik edib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Məhəmməd Şahbaz Şərifə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

23 Mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Dərin tarixi köklər, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Pakistan münasibətləri bu gün yüksək pillədə qərarlaşmışdır. Ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, sıx təmaslarımız, aramızdakı fəal dialoq dövlətlərarası münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə, həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə yeni tərəfdaşlıq imkanlarının reallaşmasına mühüm təkan verir. Bu əsnada keçən il ölkəmizə həyata keçirdiyiniz səfərləri xüsusi qeyd etmək istərdim.

Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir.

Çoxtərəfli əsasda da Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və qlobal məsələlərə ortaq baxışlarımız, təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının və həmrəyliyinin bariz nümunələridir.

Dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi naminə daim nümayiş etdirdiyiniz qətiyyətinizi və əzminizi çox yüksək qiymətləndirirəm.

Əminəm ki, qardaş ölkələrimiz arasında formalaşmış və xalqlarımızın ümumi mənafelərinə tam cavab verən Azərbaycan-Pakistan strateji tərəfdaşlığı birgə qətiyyətli səylərimiz sayəsində bundan sonra da möhkəmlənməyə və dərinləşməyə davam edəcəkdir.

Bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax