Əsas məzmuna keç

Ceyhun Bayramov İrpen şəhərinə gedib

Ceyhun Bayramov İrpen şəhərinə gedib

Azərbaycanın XİN başçısı Kiyev vilayətindəki dağıntıları yerində müşahidə edib. Ceyhun Bayramovun İrpenə səfərinin təfərrüatları və görüşləri barədə oxuyun.

en ru

Ukraynada səfərdə olan Azərbaycanın naziri İrpen şəhərinə gedib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri "X" sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycanın dəstəyi ilə yenidən qurulan Ukraynanın qəhrəman şəhəri İrpendə xarici işlər naziri Ceyhun Bayramovu salamlamaqdan məmnunam”, – Yuri Husyev bildirib.

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi həmrəyliyə görə təşəkkürünü ifadə edib.

“Ukraynaya göstərdiyi həmrəyliyə və ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində davam edən birgə səylərə görə Azərbaycana minnətdarıq”, – diplomat vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…