Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev və Sərdar Berdiməhəmmədov görüşdü: Strateji əməkdaşlıq

3 dəq
Paylaş:
İlham Əliyev və Sərdar Berdiməhəmmədov görüşdü: Strateji əməkdaşlıq

Xəbər verdiyimiz kimi, Prezidenti Sərdar Azərbaycana rəsmi səfərə gəlib. Səfər zaman Türkmənistan liderinin Prezident İlham Əliyevlə təkbətək görüşü keçirilib, hər iki prezident mətbuata bəyanatlarla çıxış ediblər.

Qonşu ölkə liderinin Bakıya səfərini dəyərləndirən deputat Müşfiq Cəfərov "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirdi ki, Azərbaycan və Türkmənistan arasında çoxşaxəli əlaqələrin inkişafı və Xəzər regionunda strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılır:

“İki ölkə arasında mövcud qardaşlıq münasibətləri həm siyasi iradə, həm də birgə iqtisadi layihələrin səmərəliliyi üzərində formalaşır”.

Şəkilin açıqlaması yoxdur.

Onun sözlərinə görə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər münasibətlərin inkişafına yeni təkan verib. Səfər zamanı İlham Əliyev ilə təkbətək və geniş tərkibdə görüşlər keçirilib, 20-yə yaxın sənəd imzalanıb.

73476cb111fae23.jpg

Deputat qeyd edib ki, enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət və idman sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb. Xüsusilə Xəzər dənizində “Dostluq” yatağının birgə işlənilməsi, Transxəzər nəqliyyat marşrutlarının genişləndirilməsi və enerji resurslarının diversifikasiyası istiqamətində danışıqların intensivləşməsi diqqət çəkir.

Müşfiq Cəfərov vurğulayıb ki, Azərbaycan və Türkmənistan Xəzərin şərq-qərb xətti üzrə strateji tərəfdaş kimi çıxış edir və hazırkı beynəlxalq şəraitdə və ortaq maraqların qorunması xüsusi əhəmiyyət daşıyır.

O, həmçinin bildirib ki, tərəfindən Türkmənistan dövlət başçısına “Dostluq” tankerinin və “Mərd” adlı Qarabağ atının hədiyyə edilməsi iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinin bariz nümunəsidir.

Azərbaycan Türkmənistana yeni tanker hədiyyə etdi5d222b68ec9aca9.jpg

Deputatın sözlərinə görə, qarşıdakı dövrdə enerji, nəqliyyat-logistika və birgə iqtisadi layihələr üzrə əməkdaşlığın daha da genişlənməsi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax