Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri edəcək

1 dəq
Paylaş:
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri edəcək
bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq. Prezidentlər Ali Dövlətlərarası...

Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq.

Prezidentlər Ali Dövlətlərarası Şuranın iclasında və Qazaxıstan-Azərbaycan biznes forumunda iştirak edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər