Əsas məzmuna keç

İlham Əliyev Kəlbəcərdə yaşayış kompleksinin təməlini qoyub

İlham Əliyev Kəlbəcərdə yaşayış kompleksinin təməlini qoyub

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verdi....

Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verdi.

Bildirildi ki, 1,76 hektar ərazidə layihələndirilib. Kəlbəcər şəhərində salınacaq ikinci yaşayış kompleksi şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir.

Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır.

Qeyd olundu ki, bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.

İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…