Prezident İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib

Prezident İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib
16.05.2023 17:04
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Prezident İlham Əliyev Əhməd Əs-Səfadinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu bildirib.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoyub.

İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib.

Əməkdaşlığımızın genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən Azərbaycan Prezidenti Əhməd Əs-Səfadinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə və münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu bildirən Əhməd Əs-Səfadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib.

Qonaq vurğulayıb ki, Azərbaycanla İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasında dünya səviyyəli şəxsiyyətlər Heydər Əliyevin və İordaniya Kralı Hüseyn bin Talalın xüsusi rolları olub.

Əhməd Əs-Səfadi qeyd edib ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərlə imza atıb. O, vurğuladı ki, Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Sonda Əhməd Əs-Səfadi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim edib.

Həftənin ən çox oxunanları

İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq
DAVAMIN OXU davamın oxu

Azərbaycanın bəzi beynəlxalq katibliklərlə imzaladığı Razılaşma təsdiqlənib

Azərbaycanın bəzi beynəlxalq katibliklərlə imzaladığı Razılaşma təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Efiopiya arasında imzalanmış Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycanla Efiopiya arasında imzalanmış Anlaşma Memorandumu təsdiq edilib
DAVAMIN OXU davamın oxu

"Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir"

DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov: ATƏT fəaliyyətini günümüzün reallıqlarına uyğun qurmalıdır

Ceyhun Bayramov: ATƏT fəaliyyətini günümüzün reallıqlarına uyğun qurmalıdır
DAVAMIN OXU davamın oxu