Əsas məzmuna keç

Prezident İlham Əliyev: Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu unikal bir məkan olub

Prezident İlham Əliyev: Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu unikal bir məkan olub

bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına...

tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı bir məkan olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikir İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Şurasının 4-cü iclasının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynayıb.

“Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”, - deyə İlham Əliyev vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…