Əsas məzmuna keç

Prezident həmkarının ad gününü təbrik etdi

Prezident həmkarının ad gününü təbrik etdi

İlham Əliyev Rusiya lideri Vladimir Putini ad günü münasibətilə təbrik edib. Dövlət başçısı həmkarına xoş arzularını çatdıraraq, ikitərəfli əlaqələrə toxunub.

ru en

İlham Əliyev Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı, qardaş Özbəkistan xalqının xoşbəxt gələcəyi və firavanlığı naminə həyata keçirdiyi şərəfli ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb.

Şavkat Mirziyoyev səmimi təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək, öz növbəsində xalqına firavanlıq və rifah arzulayıb.

Telefon söhbəti zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Dövlət başçıları, həmçinin gələcək təmaslar barədə razılıqlarını ifadə edərək, qarşılıqlı maraq doğuran məsələlərə və ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…