Prezident bu səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB

Prezident bu səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB
07.03.2023 13:47
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfir Ruslan Stoyanov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, dostluq əlaqələrini nümayiş etdirən bu səfərlər zamanı ikitərəfli gündəlikdə duran çox mühüm məsələlərlə bağlı qərarlar qəbul olunub.

Dövlət başçısı hazırkı əməkdaşlığımızın əsas mövzularından birinin enerji sahəsinə aid olduğunu deyərək Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxunub, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümidvarlığını bildirib. Prezident İlham Əliyev eyni zamanda birgə layihələrin həyata keçirilməsinin Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaratdığını qeyd edib.

Azərbaycan Prezidenti enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlığın inkişafı üçün potensialın olduğunu bildirib, ticarət dövriyyəsinin artırılması üçün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu bildirən dövlət başçısı Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığında Bolqarıstanın rolunu qeyd edib.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.

Ruslan Stoyanov, ilk növbədə, Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rumen Radevə çatdırmağı xahiş edib.

Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayan səfir dövlətlərimiz arasında mövcud olan qarşılıqlı etimadın və yüksəksəviyyəli görüşlərin strateji tərəfdaşlığımızın göstəricisi olduğunu deyib. Ruslan Stoyanov vurğulayıb ki, Azərbaycan-Bolqarıstan münasibətləri yalnız strateji xarakter daşımır, onlar həm də dost münasibətləridir. Səfir Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyətinə də toxunub.

12:19***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Həftənin ən çox oxunanları

Prezident dəyirmi masada iştirak edir - YENİLƏNƏCƏK

Prezident dəyirmi masada iştirak edir - YENİLƏNƏCƏK
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Zirvə toplantısının açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Zirvə toplantısının açılışında iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bayramov: Ermənistanın London görüşündən imtinası sülh prosesinə töhfə vermir

Bayramov: Ermənistanın London görüşündən imtinası sülh prosesinə töhfə vermir
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Viktor Orban ilə söhbət edib

İlham Əliyev Viktor Orban ilə söhbət edib
DAVAMIN OXU davamın oxu

Prezident İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət edib

Prezident İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət edib
DAVAMIN OXU davamın oxu