Operativ Məlumat Mərkəzi

Bolqarıstan Prezidenti istefa verəcək

2 dəq
Paylaş:
Bolqarıstan Prezidenti istefa verəcək
Bolqarıstan dövlət başçısı Rumen Radev çərşənbə axşamı vəzifəsindən gedəcəyini və səlahiyyətlərini vitse-prezidentə təhvil verəcəyini bəyan edib.

Prezidenti ölkə xalqına müraciəti zamanı vəzifəsindən istefa verəcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bolqarıstan Milli Televiziyası vasitəsilə yayımlanan müraciətdə çərşənbə axşamı rəsmi olaraq istefa ərizəsini təqdim edəcəyini bildirib.

Radev qeyd edib ki, onun gedişindən sonra dövlət başçısının səlahiyyətlərini vitse-prezident icra edəcək.

O, doqquz illik birgə fəaliyyətləri dövründə səmərəli əməkdaşlıq qurduqlarını vurğulayıb.

"Biz ümumi məqsəd ətrafında birləşmişdik. Əminəm ki, İliyana Yotova layiqli dövlət başçısı olacaq", - deyə Radev əlavə edib.

Məlumat üçün bildirək ki, Rumen Radev 2017-ci ildən Bolqarıstan prezidenti postunu tutur. O, 2021-ci ildə ikinci müddətə yenidən seçilib. Siyasətə gəlməzdən əvvəl peşəkar hərbçi olan Radev, Hərbi Hava Qüvvələrinin general-mayoru və ölkənin HHQ komandanı vəzifələrində çalışıb.

Bolqarıstan Konstitusiyasına əsasən, prezident istefa verdikdə seçkilərə qədər onun səlahiyyətləri müvəqqəti olaraq vitse-prezidentə keçir. Qeyd edək ki, Radevin istefası ölkədə uzun müddətdir davam edən , tez-tez keçirilən növbədənkənar seçkilər və sabit hökumətin formalaşdırılmasında yaranan çətinliklər fonunda baş verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax