Əsas məzmuna keç

Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq

Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq

İlham Əliyev Türk Dövlətləri Təşkilatı rəsmiləri ilə görüşdə İkinci Qarabağ müharibəsi və şəhidlərimizin qisası ilə bağlı mühüm bəyanatlar verib.

en ru

Prezident İlham Əliyev Azərbaycanın öz intiqamını, qisasını döyüş meydanında artıqlaması ilə aldığını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri sentyabrın 15-də Təşkilatının Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident deyib ki, bütün əzablara, işgəncələrə, soyqırımlara baxmayaraq, Ermənistana, xalqına qarşı adekvat addım atmayıb:

"İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq. Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz şəhidlərimizin qanını düşməndən aldıq, düşməni məhv etdik, təslim olmağa məcbur etdik. Bir daha deyirəm, bu gün müzəffər xalq kimi qürurla yaşayırıq, qururuq".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…