Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Konstitusiyanı dəyişiklik etməyəcək"

3 dəq
Paylaş:
"Konstitusiyanı dəyişiklik etməyəcək"

"Şimali hökuməti Avropa İttifaqına inteqrasiya istiqamətində islahatları davam etdirəcək, lakin ölkə Konstitusiyasına dəyişiklik etməyəcək".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri ölkənin Mitskoski deyib.

O bildirib ki, hökumət islahat proqramını həyata keçirməyə və ölkədaxili problemləri həll etməyə davam edəcək.

“Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması və milli maraqlarımızın qorunması uğrunda qətiyyətli və güzəştsiz mübarizə aparacağımıza söz verə bilərəm. Ancaq başqalarının irəli sürdüyü konstitusiya dəyişiklikləri ilə razılaşacağıma, bunun son tələb olacağına dair aydın təminatlar və konkret məqsəd görmədən vəd verə bilmərəm”, - Mitskoski bildirib.

qeyd edib ki, əvvəllər makedoniyalı siyasətçilər ölkənin Avropa standartlarına uyğun yaşaya bilməsi üçün bayrağın, Konstitusiyanın və hətta ölkənin adının dəyişdirilməsinin zəruri olduğunu deyiblər.

Onun sözlərinə görə, Şimali Makedoniya uzun illər ərzində alçaldıcı tələblərə güzəştə gedib, lakin bunun müqabilində heç nə əldə etməyib. Bu isə ölkə vətəndaşlarında məyusluq yaradıb.

Mitskoski əlavə edib ki, bu çıxılmaz vəziyyətin nə vaxt başa çatacağını proqnozlaşdıra bilmir.

Hazırda Şimali Makedoniyanın Avropa İttifaqına prosesi Bolqarıstan tərəfindən bloklanır. Buna səbəb iki ölkə arasında dil və mədəni-tarixi məsələlərlə bağlı fikir ayrılıqlarıdır.

Xatırladaq ki, daha əvvəl Şimali Makedoniyanın NATO və Aİ-yə inteqrasiyası ölkənin əvvəlki adı ilə bağlı Yunanıstan tərəfindən bloklanırdı.

2018-ci ildə Afina və Skopye arasında imzalanan Prespa sazişinə əsasən ölkənin rəsmi adı Şimali Makedoniya Respublikası olaraq dəyişdirildi. 2019-cu ildə parlament bununla bağlı Konstitusiyaya müvafiq dəyişiklikləri təsdiqlədi.

Yunanıstan parlamentinin sazişi ratifikasiya etməsi tərəflər arasında 27 il davam edən mübahisəyə son qoydu. Şimali Makedoniya 27 mart 2020-ci ildə NATO-nun 30-cu üzvü oldu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax