ABŞ səfirliyi vətəndaşlarını BƏƏ-də ehtiyatlı olmağa çağırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi ölkədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib.
Səfirliyin rəsmi veb saytında dərc olunan məlumatda amerikalılara evdə qalmaq, qida, su və dərman ehtiyatı toplamaq tövsiyə olunub. Həmçinin vətəndaşlara pəncərələrdən uzaq durmaq çağırışı edilib.
Diplomatik nümayəndəlik bildirib ki, zərurət yaranacağı təqdirdə amerikalıların ölkəni təyyarə ilə və ya Oman və Səudiyyə Ərəbistanı vasitəsilə digər yollarla tərk etmələrinə yardım göstərməyə hazırdır.