Portuqaliyada tüğyan edən meşə yanğınları nəticəsində azı 4 nəfər ölüb, 40 nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Pblico” qəzeti məlumat yayıb.
Məlumata görə, hazırda ölkənin müxtəlif ərazilərində 27 yanğın hadisəsi qeydə alınıb.
Yanğınla mübarizəyə 5 minə yaxın adam cəlb olunub. Yanğın səbəbindən bəzi yollarda nəqliyyatın hərəkəti bağlanıb.