Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrailin milli təhlükəsizlik nazirinin Polşaya girişinə icazə verilməyib

2 dəq
Paylaş:
İsrailin milli təhlükəsizlik nazirinin Polşaya girişinə icazə verilməyib

"İsrailin milli naziri İtamar -Qvir əvvəllər Polşaya girməyə cəhd etmişdi, lakin icazəsi verilməmişdi".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Polşanın naziri Sikorski deyib.

"Bu il o Polşaya gəlməyə çalışdı, amma biz bunu qeyri-mümkün etdik. Hazırda onun girişinə rəsmi qadağa qoyulub", - xarici işlər naziri qeyd edib.

Sikorski həmçinin Ben-Gviri Polşada ictimai asayişə təhlükə yaradan və narsisist adlandırıb.

Qeyd olunub ki, ötən gün Polşa xarici işlər naziri Daxili İşlər Nazirliyinə Ben-Gvirin Polşaya girişinə rəsmi qadağa qoyulması üçün sorğu göndərib. Elə həmin gün Daxili İşlər və Administrasiya naziri Marçin Kervinski Ben-Gvirin ölkəyə girişinə qadağa qoyulmasını əmr edib.

Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi İsrailin Varşavadakı müvəqqəti işlər vəkilini Ben-Qvirin Sumud donanmasının saxlanılan Fələstin tərəfdarı fəallarına qarşı hərəkətləri ilə əlaqədar olaraq çağırmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax