Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Polşa da daxil olmaqla, bir sıra ölkədə ukraynalı pilotların F-16 təliminə başladığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Borrell Aİ ölkələrinin müdafiə nazirləri ilə iclasında mətbuata açıqlama verib.
Borrell təlimlərin bir neçə ölkədə başladığını və bu ölkələrdən birinin Polşa olduğunu deyib.