Polşanın paytaxtı Varşavada Türkiyədə mayın 14-də keçiriləcək Prezident və 28-ci Dövr parlament seçkiləri üçün seçki qutuları qurulub.
"Operativ Məlumat Mərkəzi-OMM" "TRT HABER"-ə istinadən xəbər verir ki, seçicilər yerli vaxtla saat 09:00-dan etibarən səslərini verməyə başlayıblar. Səsvermə saat 21:00-dək davam edəcək. Seçicilər mayın 7-də axşam saatlarına qədər səs verə biləcəklər.
Ali Seçki Şurasının (YSK) məlumatına görə, Polşada ümumilikdə 10 457 seçici var.