Əsas məzmuna keç

Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs olunub

Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs olunub

Polşanın Daxili Təhlükəsizlik Agentliyi Rusiya vətəndaşı olan şəxsi Moskvanın xeyrinə casusluqda günahlandıraraq həbs edib. Bunu Polşanın ədliyyə naziri,...

Polşanın Daxili Təhlükəsizlik Agentliyi vətəndaşı olan şəxsi Moskvanın xeyrinə casusluqda günahlandıraraq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Polşanın ədliyyə naziri, Zbiqnev Zebro tviter səhifəsində yazıb.

İstintaqın məlumatına görə, adı açıqlanmayan şəxs 2021-ci ilin oktyabrında Polşaya gəlib.

Prokuror idmanla məşğul olan həmin şəxsi mütəşəkkil cinayətkar qruplaşmada iştirakda və xarici kəşfiyyata işləməkdə ittiham edib.

Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Polşa ilə Rusiya arasında münasibətlər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra pisləşib. İki ölkə arasında qarşılıqlı ittihamlar pik həddə çatıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…