Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Macarıstan parlamentində gərginlik: Müxalifət etiraz əlaməti olaraq iclası tərk edib

2 dəq
Paylaş:
Macarıstan parlamentində gərginlik: Müxalifət etiraz əlaməti olaraq iclası tərk edib

parlamentində siyasi gərginlik davam edir. Müxalifət deputatları ölkənin müvəqqəti prezidenti Aqnes Forsthofferin çıxışı zamanı iclas zalını tərk ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu addım Baş nazir Peter Magyarın təşəbbüsü ilə Tamaş Şuyokun vəzifədən kənarlaşdırılmasına etiraz kimi qiymətləndirilir.

Məlumata görə, parlament iclasının rəsmi yayımında “FİDES – Macarıstan Vətəndaş İttifaqı” və onun müttəfiqi olan Xristian Demokratların deputatlarının yerlərinin boş qaldığı müşahidə olunub.

İclas zalında yalnız hakim “Tisa” partiyasının nümayəndələri və ultra-mühafizəkar “Bizim Vətən” partiyasından olan altı deputat iştirak edib.

FİDES fraksiyasının lider müavini Yanoş Boka hesabında vəziyyəti tənqid edərək bildirib ki, parlamentdə baş verənlər legitim deyil. Onun sözlərinə görə, Peter Magyarın təşəbbüsü ilə Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılması hüquqi və siyasi baxımdan mübahisəli vəziyyət yaradıb.

Qeyd olunur ki, iyulun 20-də Əsas Qanuna edilən dəyişikliklə bağlı sənədi imzaladıqdan sonra Aqnes Forsthoffer prezident vəzifələrini icra etməyə başlayıb.

Şuyok sözügedən dəyişiklikləri konstitusiyaya zidd hesab etdiyini açıqlasa da, Peter Magyarın təzyiqləri fonunda başqa çıxış yolunun qalmadığını bildirib. Baş nazir isə keçmiş prezidentin Viktor Orban hökumətinin fəaliyyəti zamanı baş verdiyini iddia etdiyi sui-istifadə hallarına göz yumduğunu söyləyib.

Qanunvericiliyə əsasən, Macarıstanda yeni prezident 30 gün ərzində seçilməlidir. “Tisa” partiyası parlamentdə üçdə iki səs çoxluğuna malik olsa da, müxalifət qüvvələri prezident seçkisində iştirak etməyəcəklərini açıqlayıblar.

Bildirilib ki, daha əvvəl prezident vəzifəsi üçün dünya şöhrətli şahmatçı Yudit Polqarın namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax