Polşa hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə verilmiş və daha sonra ləğv edilmiş "Ağ Qartal" ordenini geri götürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa prezidentinin mətbuat katibi Rafal Leskeviç "Polsat News"a açıqlamasında məlumat verib.
Məlumata görə, orden artıq prezidentin dəftərxanasına təhvil verilib.
Rafal Leskeviç bildirib ki, geri alınan mükafat Mükafatlar və Təyinatlar İdarəsində saxlanılacaq və gələcəkdə heç bir şəxsə təqdim olunmayacaq.
Qeyd olunub ki, Volodimir Zelenski iyunun 20-də sözügedən ordeni poçt vasitəsilə Polşa tərəfinə göndərib.
Bildirilib ki, mükafatın ləğvi və geri qaytarılması qərarı Polşa ilə Ukrayna arasında tarixi məsələlər ətrafında yaranmış fikir ayrılıqları fonunda qəbul edilib.
Leskeviçin sözlərinə görə, Polşa tərəfi Zelenskinin Ukrayna ordusunun bölmələrindən birinə "UPA" (Ukrayna Üsyançı Ordusu) döyüşçülərinin adının verilməsi qərarına laqeyd qala bilməzdi. O qeyd edib ki, "UPA" Polşada cinayətkar təşkilat kimi qiymətləndirilir və bu addım Varşavada ciddi narazılıq doğurub.