Operativ Məlumat Mərkəzi

Piyadanı vurub özünü asdı

1 dəq
Paylaş:
Piyadanı vurub özünü asdı
Azərbaycanda intihar baş verib. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə martın 8-də Quba rayonunun İspik kəndində qeydə alınıb. Kənd sakini...

Azərbaycanda intihar baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə martın 8-də Quba rayonunun İspik kəndində qeydə alınıb. Kənd sakini 36 yaşlı İntiqam Əlimuradov meşədə özünü asıb.

Araşdırmalar zamanı İ.Əlimuradovun intihar etməsinə yol qəzası törətməsi səbəb olub. O, martın 6-da Quba şəhəri ərazisində idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən 50 yaşlı Rövşən Ağayevi vurub. Hadisədən şoka düşən İ.Əlimuradov ərazidən qaçaraq meşədə özünü asıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər