“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiq edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Digər qərarla isə Nazirlər Kabineti “Pir Hüseyn Xanəgahı” və Zaqatala tarix-mədəniyyət qoruqlarının əsasnamələrini təsdiq edib.