Əsas məzmuna keç

Pezeşkian: Xəzər dənizinin taleyini sahilyanı ölkələr müəyyən etməlidir

Pezeşkian: Xəzər dənizinin taleyini sahilyanı ölkələr müəyyən etməlidir

İran prezidenti Məsud Pezeşkian Xəzər dənizi ilə bağlı qərarların sahilyanı ölkələr tərəfindən verilməli olduğunu bildirib. O, limanlara, gəmilərə və dəniz infrastrukturu obyektlərinə hücumların sərhədləri aşan ekoloji nəticələr doğura biləcəyini deyib.

en ru

İran İslam Respublikasının Administrasiyasının yaydığı rəsmi bəyanata əsasən, Prezident Türkmənistanda keçirilən Xəzər dənizinin ətraf mühitinin mühafizəsinə həsr olunmuş yüksəksəviyyəli toplantıda genişməzmunlu nitq söyləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M.Pezeşkian müasir dünyanın çoxsaylı böhranlar, geosiyasi rəqabət və hərbi münaqişələrlə yanaşı, birtərəfli sanksiyalar və çoxtərəfli diplomatiya mexanizmlərinin zəifləməsi kimi ciddi problemlərlə üz-üzə qaldığını diqqətə çatdırıb.

İran Prezidenti vurğulayıb: “Ətraf mühitin mühafizəsi siyasi fikir ayrılıqlarına, iqtisadi rəqabətə və ya regiondan kənar qüvvələrin müdaxiləsinə qurban verilməməlidir. Xəzəryanı dövlətlər elmi, texniki, maliyyə və insan resurslarını səfərbər edərək, regional əməkdaşlıq və milli suverenliyə qarşılıqlı hörmət çərçivəsində Xəzər dənizinin gələcək taleyini müstəqil şəkildə müəyyən etməlidirlər”.

İranın Gilan əyalətində Bəndər Ənzəli liman şəhərinə və Xəzər dənizində İrana məxsus mülki yük gəmisinə qarşı həyata keçirilmiş hərbi hücumları xatırladaraq, bu tür təxribatların regional sabitliyə təhdid yaratdığını qeyd edib.

M.Pezeşkianın sözlərinə görə, Xəzər sahilindəki dəniz limanlarına, mülki gəmilərə, yanacaq-enerji terminalarına, sənaye obyektlərinə və dəniz infrastrukturuna endirilən zərbələr regional və təhlükəsizliyə ağır xələl gətirməklə yanaşı, bütün Xəzəryanı ölkələr üçün sərhədaşırı ekoloji fəlakətlərə yol aça bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…