Operativ Məlumat Mərkəzi

Pezeşkian sabah Pakistana səfər edəcək

1 dəq
Paylaş:
Pezeşkian sabah Pakistana səfər edəcək
bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2 - 3 avqust tarixlərində reallaşacaq səfər zamanı onu İranın yüksək vəzifəli...

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Pakistana rəsmi səfərə gedəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2 - 3 avqust tarixlərində reallaşacaq səfər zamanı onu İranın yüksək vəzifəli rəsmi şəxsləri müşayiət edəcək.

Ziyarət çərçivəsində Pakistan və İranın dövlət başçıları Asif Əli Zərdari ilə Məsud Pezeşkian, habelə hər iki ölkənin hökumət nümayəndələri arasında yüksək səviyyəli danışıqlar aparılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər