İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Tehrandakı ofisinə baş çəkərək hərəkatın Siyasi Bürosunun baş katibi Yəhya Sinvarın və digər üzvlərinin öldürülməsi ilə əlaqədar başsağlığı verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, Məsud Pezeşkian HƏMAS-ın İrandakı nümayəndəsi Zaled Kaddumi ilə görüşərək vəziyyətə dair fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Yəhya Sinvar oktyabrın 16-da İsrail müdafiə ordusunun əməliyyatı nəticəsində ölüb.